02 fevral 2025 14:10
85

Azərbaycan və Pakistan 2 milyard dollar dəyərində investisiya sazişləri imzalayacaq

Azərbaycan və Pakistan arasında milyardlarla dollarlıq investisiya sazişləri imzalanacaq.

“İki sahil” xəbər verir ki, Pakistanın "Dawn" qəzeti bu barədə yazıb.

Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar dəyərində sərmayə yatırmağı planlaşdırır. Müvafiq investisiya müqavilələri Pakistanın Baş naziri Şahbaz Şərifin ayın sonunda Bakıya edəcəyi səfər çərçivəsində imzalanacaq.

Hazırda Bakıda olan Pakistan nümayəndə heyətinə rəhbərlik edən özəlləşdirmə, investisiya və rabitə naziri Abdul Alim Xan bildirib ki, Baş nazir Şahbaz Şərif bu ay Mərkəzi Asiya ölkələrinə səfər edəcək və həmin səfər zamanı Pakistanla Azərbaycan arasında 2 milyard dollar dəyərində sazişlər imzalanacaq.

Qəzetin məlumatına görə, əsas investisiya sahələri arasında neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılması yer alır.