02 fevral 2025 14:20
86

NATO Baş katibi müharibəyə hazırlığa çağırıb

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini müdafiə xərclərini artırmağa və müharibəyə hazırlaşmağa çağırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində deyib.

M.Rutte Berlini hərbi və müdafiə sənayesində daha çox xərcləməyə və istehsal etməyə çağırıb. Onun sözlərinə görə, bu məsələ yaxın aylarda Avropanın bir çox ölkələrində müzakirə mövzusu olacaq.

"Mən sizə çox açıq deyirəm: biz müharibəyə hazırlaşmalıyıq. Bu, müharibədən qaçmağın ən yaxşı yoludur", - Rutte deyib.

Bir müddət əvvəl amerikalı aparıcı Taker Karlson NATO-nun aktuallığını itirdiyini bildirmişdi.