Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan mallara əlavə gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Qəbul edilən qərarla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala 10 faiz artıq, Kanadadan idxal edilən enerji məhsullarına isə 10 faiz daha aşağı gömrük rüsumunun tətbiq ediləcəyi bildirilib.
“İki sahil” xəbər verir ki, ABŞ administrasiyasının qərarına Kanadadan da reaksiya gəlib.
Belə ki, Kanadanın baş naziri Castin Trüdo Trampın tarifləri imzalamasından bir neçə saat sonra Ottavada keçirdiyi mətbuat konfransında cavab olaraq ABŞ-dan idxala gömrük rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. ABŞ-dan idxal edilən 155 milyard Kanada dolları dəyərində məhsula 25 faiz rüsum tətbiq ediləcəyini qeyd edən Trüdo, 30 milyard Kanada dolları dəyərində məhsula tətbiq edilən gömrük rüsumlarının çərşənbə axşamı qüvvəyə minəcəyini, qalan 125 milyard Kanada dolları dəyərində məhsullar üçün isə gömrük rüsumları 21 gün sonra qüvvəyə minəcək.
Kanada lideri gömrük rüsumunun bir çox məhsula təsir edəcəyini bildirərək, qərarın spirtli içkilər, meyvə və meyvə şirələri, tərəvəzlər, geyimlər, ayaqqabılar, məişət texnikası, idman ləvazimatları və plastiklər kimi məhsulları əhatə edəcəyini qeyd edib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”