02 fevral 2025 18:59
89

"Çelsi"dən İtaliyaya qayıtdı

"Torino" futbolçu Çezare Kazadeyi transfer edib. 

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

22 yaşlı yarımmüdafiəçi ilə 2029-ci ilin yayına qədər müqavilə imzalanıb. İtaliya təmsilçisi onun üçün "Çelsi"yə 15 milyon avro ödəyib. 

Qeyd edək ki, Çezare Kazadey bu ilin yanvar ayına qədər icarə əsasında "Lester"də çıxış edirdi. O, bu mövsüm ümumilikdə 6 oyuna çıxıb. İtaliyalı futbolçu "İnter"in yetirməsidir.