03 fevral 2025 00:34
79

Yunanıstanın baş naziri fövqəladə iclas keçirib

Yunanıstanın Santorini adasının sahillərində baş verən ardıcıl zəlzələlər hökuməti təşvişə salıb.

İki sahil” xəbər verir ki, baş naziri Kiriakos Mitsotakis Santorini sahillərində baş verən zəlzələlərdən sonra fövqəladə iclas keçirib. İclasda Yunanıstanın İqlim Dəyişiklikləri və Mülki Müdafiə naziri Vassilis Kikilias, Yunanıstan Baş Qərargah rəisi general Dimitris Hupis və Zəlzələlərin Planlaşdırılması və Mühafizəsi Təşkilatından (OASP) professorlar Eftimios Lekkas və Kostas Papazachos da daxil olmaqla bir qrup iştirak edib.

Yunanıstanın Mülki Müdafiə Nazirliyi yeraltı təkanların vulkanik fəaliyyətlə bağlı olmadığını açıqlayıb. Son 48 saat ərzində Santorini sahillərində baş verən 200-dən çox zəlzələdən sonra Santorini və Amorgosda məktəblər sabah dayandırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”