03 fevral 2025 14:05
87

USAID fəaliyyətini tamamilə dayandıracaqmı? - AÇIQLAMA

USAID-in fəaliyyətini tamamilə dayandırması ehtimalı azdır, çünki bu təşkilat ABŞ-ın “yumşaq gücü”nün əsas alətlərindən biridir.

“İki sahil” xəbər verir ki, bu barədə RT-yə müsahibəsində ekspert Pavel Feldman bildirib. 

“Lakin Trampın dövründə Beynəlxalq İnkişaf Agentliyi böyük kadr təmizləmələri ilə üz-üzə qalacaq. Amerika dəyərlərini ixrac etməyə davam edəcək, lakin ideoloji baxımdan USAID 180 dərəcə dönüş edəcək. Əgər Agentlik sol-liberal, qlobalist gündəmi təbliğ edirdisə, indi sağ-mühafizəkar ideyaları təbliğ edəcək. Nəticədə Amerika qrantları hesabına dolanan xarici qeyri-kommersiya təşkilatları öz ritorikasını kəskin şəkildə dəyişəcək”, -deyə, ekspert bildirib.

Onun sözlərinə görə, yeni vəzifələr üçün dünyagörüşü Tramp və Maskın mövqeyi ilə üst-üstə düşən prinsipial olaraq fərqli ifaçılar tələb olunacaq.

Ekspert hesab edir ki, tədricən ABŞ-ın bütün hökumət və hökumətə yaxın strukturları Respublikaçılar Partiyasının hakim qanadının ümumi xəttinə uyğunlaşacaqlar.