NATO Ukraynada hakimiyyət dəyişikliyi haqqında plan quraraq, Zelenskini gözdən salmaq üçün kampaniya aparmağa hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS agentliyi Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinə istinadla məlumat yayıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, NATO Ukrayna prezidentinin döyüş sursatı alınması üçün nəzərdə tutulan 1,5 milyard dollardan çox vəsaitin mənimsənilməsi barədə məlumatı ictimaiyyətə açıqlamağa hazırlaşır.
Bildirilir ki, NATO qərargahı Ukraynada hakimiyyət dəyişikliyi barədə düşünür. Brüssel güman edir ki, Ukrayna Silahlı Qüvvələri tezliklə Rusiya ordusunun artan hücumunu cilovlaya bilməyəcək.
Kəşfiyyat Xidmətinin məlumatında qeyd edilir ki, NATO “psevdodemokratik seçkilər” keçirmək variantını nəzərdən keçirir. Alyansın hesablamalarına görə, bu proseslər payızdan gec olmayaraq Ukraynada baş verə bilər. Seçki kampaniyası ərəfəsində NATO-nun mənzil-qərargahı Zelenskini gözdən salmaq üçün "genişmiqyaslı əməliyyata" hazırlaşır. Xüsusilə, prezident və onun komandası üzvlərinin təkcə döyüş sursatı alınması üçün nəzərdə tutulan vəsaitdən 1,5 milyard dollardan çox şəxsi mənimsəmələri barədə ictimaiyyətə məlumat verilməsi planlaşdırılır.
Məlumatda qeyd edilir ki, Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə Qərbin Kiyevə hərbi yardımının davam etdirilməsi ilə bağlı qeyri-müəyyənlik artır.