03 fevral 2025 23:37
82

Paşinyan ABŞ-də etirazla qarşılandı

Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri çərçivəsində ABŞ-dəki həmyerliləri etiraz aksiyası keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə erməni KİV-də xəbərlər dərc olunub.

Fəallar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılı plakat asıblar.

Bundan əlavə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri onunla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.

Qeyd edək ki, Ermənistanın Baş naziri fevralın 3-dən 7-dək Vaşinqtonda işgüzar səfərdədir.