ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllində mühüm irəliləyişin əldə olunduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Amerikalı lider deyib: “Biz Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə əhəmiyyətli irəliləyiş əldə etdik".
Eyni zamanda, Tramp ABŞ-nin yardımı müqabilində Ukraynadan nadir torpaq elementləri almaqda maraqlı olduğunu bildirib.