06 fevral 2025 10:53
77

Macarıstanda təqaüd proqramına müraciət başa çatır

Macarıstanda gənc tədqiqatçılar və yeni məzunlar üçün təqaüd proqramı başa çatır.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə "Gələcək liderlər proqramı" çərçivəsində tədqiqat təqaüd proqramı elan edir. Təqaüd proqramı 31 mart 2025-ci ildən 30 iyun 2025-ci il tarixinədək davam edəcək.

Proqrama müraciət üçün son tarix 10 fevral 2025-ci ildir.