06 fevral 2025 13:29
91

Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Hacıqabulda vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Hacıqabulda Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərinin müvafiq müraciətlərinə baxılıb: "Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib".