06 fevral 2025 10:44
85

ABŞ gəmiləri Panama kanalından istifadəyə görə ÖDƏNİŞ ETMƏYƏCƏK?

Panama Kanalı İdarəsi bildirib ki, kanaldandan istifadə üçün tranzit rüsumları və digər ödənişlərdən imtina etməyib.

“İki sahil” xəbər verir ki, bu barədə kanal rəhbərliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti iddia edib ki, Panama hakimiyyəti ABŞ-a məxsus gəmilərin kanaldan keçməsi üçün rüsum almamağa qərar verib.

"ABŞ Dövlət Departamentinin yaydığı elanı nəzərə alaraq, kanaldan tranzit rüsumları və digər ödənişləri təyin etmək səlahiyyətinə malik olan Panama Kanalı İdarəsi onlara heç bir düzəliş etmədiyini bildirir", - deyə kanal rəhbərliyi X-də bildirib.