06 fevral 2025 13:05
81

Bu ölkədə hərbçilərin sayı 230 minə çatdırılacaq

Bu il Polşa ordusunda hərbçilərin sayı 230 minə çatdırılacaq.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

"Orduda hərbçilərin sayı artırılacaq. İlin sonuna qədər orduda təxminən 230 min əsgər, o cümlədən 150 mindən çox peşəkar hərbçi olmalıdır. Biz hərbi xidmətə və hərbi akademiyalara qəbul prosesini sadələşdiririk", - nazir qeyd edib.

2025-ci il yanvarın 1-nə olan məlumata görə, Polşa ordusu 144 min peşəkar hərbçi də daxil olmaqla 206 min hərbçidən ibarətdir.