06 fevral 2025 11:59
91

Fələstinlilərin Qəzzadan çıxarılması PLANI HAZIRLANIR

İsrailin müdafiə naziri İsrael Katz İsrail Müdafiə Qüvvələrinə (IDF) ABŞ prezidenti Donald Trampın təklifinə uyğun olaraq Qəzza sakinlərinin bu ərazidən çıxarılması variantlarını ehtiva edən plan hazırlamağı tapşırıb.

“İki sahil” "The Times of Israel" nəşrinə istinadla xəbər verir ki, İsrail hərbi idarəsinin rəhbərinin sözlərinə görə, yəhudi dövlətini anklavdakı əməliyyata görə tənqid edən ölkələr fələstinliləri öz ərazilərində qəbul etməyə borcludurlar.

Onun sözlərinə gprə bütün dünyada tətbiq edildiyi kimi, qəzzalılara da çıxış və mühacirət azadlığı verilməlidir: "HƏMAS Qəzza xalqından canlı qalxan kimi istifadə edib və ölkənin mərkəzində terror infrastrukturu qurub və indi də onları girov saxlayır, onlardan pul tələb edir, humanitar yardımlardan istifadə edir və Qəzzanı tərk etmələrinə icazə vermir”.

Qəzza zolağının sakinlərinin onları qəbul etməyə razı olan istənilən ölkəyə mühacirət edə biləcəyi qeyd edilir. İsrail Katz potensial istiqamətlər arasında edən İspaniya, İrlandiya və Norveçi qeyd edib. İDF-nin hazırlayacağı plana quru keçidləri ilə çıxış və dəniz və hava ilə səyahət üçün “xüsusi şərtlər” daxil edilməlidir.