06 fevral 2025 15:55
79

Bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbiri həyata keçiriləcək

Keçən il məktəbyaşlı uşaqların sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb (birləşdirilmə - red).

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu il 130-a qədər məktəblə bağlı rasionallaşdırma tədbirinin həyata keçirilməsi nəzərdə tutulub.