Bu ilin yanvar ayında Azərbaycana 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.
“İki sahil” Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox turist 41 490 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (31 632 nəfər), 3-cü yerdə isə Hindistan (17 073 nəfər) qərarlaşıb.
Bundan başqa, ay ərzində İrandan 15 min, Gürcüstandan 8,7 min, Səudiyyə Ərəbistandan 6,1 min, Qazaxıstandan 5,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Pakistandan 5,2 min, Küveytdən 3,7 min, Özbəkistandan 2,9 min, Türkmənistandan 2,8 min, Çindən 2,6 min, Ukraynadan 2,4 min, İsraildən 2 min turist gəlib.
Azərbaycanda ötən il beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard dollarlıq yük daşınıb
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların dəyəri 11 %-ə yaxın artıb