07 fevral 2025 14:44
83

Emin Əmrullayev İstanbul Okan Universitetinin təsisçisi ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev İstanbul Okan Universitetinin təsisçisi Bekir Okan və İdarə heyətinin üzvü, Türkiyənin Azərbaycandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç ilə görüşüb.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Görüş çərçivəsində elm və ali təhsil sahəsində ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.