08 fevral 2025 08:50
80

Qırğızıstanın dövlət himni dəyişir

Ölkənin yeni dövlət himni müsabiqə yolu ilə müəyyən ediləcək

“Qırğız xalqının tarixi irsini, mədəni ənənələrini və milli birliyini əks etdirən yüksək səviyyəli bədii musiqi əsəri yaratmaq məqsədi ilə milli müsabiqəyə start verdik”.

İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, ölkənin yeni dövlət himni müsabiqə yolu ilə müəyyən ediləcək.

Bəyanatda bütün istedadlı vətəndaşlardan, musiqiçilərdən, bəstəkarlardan, şairlərdən, yazıçı kollektivlərindən və birliklərdən martın 20-dək nazirliyin ünvanına və elektron poçt ünvanına müraciət etmələri xahiş edilib: "Ərizədə iştirakçının və ya komanda üzvlərinin şəxsi məlumatları, müsabiqə işinin video və ya audio yazısı, musiqi partiturası, Qırğızıstan himninin mətni və şəxsi məlumatların işlənməsini təsdiq edən məktub daxil edilməlidir. Müsabiqənin qalibi mükafatlandırılacaq”.

Qırğızıstanda parlamentin sədri Nurlanbek Turqunbekulunun təşəbbüsü ilə dekabrın 5-də dövlət himninin dəyişdirilməsinə qərar verilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”