Fevralın 9-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Məhərrəm Ağalaroğlu, “İki sahil”