08 fevral 2025 19:54
84

Livan Prezidenti 24 nazirdən ibarət yeni hökuməti təsdiqləyib

Livan Prezidenti Cozef Aun Baş nazir Nafaff Salamın rəhbərlik etdiyi yeni hökumətin tərkibini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident Aparatının məlumatında deyilir.

Qeyd olunub ki, yeni hökumətin tərkibinə 24 nazir daxildir.

Məlumata görə, yeni hökumətin əsas vəzifəsi ölkəni iqtisadi böhrandan çıxarmaq və digər məsələlərin həllidir.