Azərbaycanda özümü evimdəki kimi hiss edirəm.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Festivalında iştirak edən məşhur skripkaçı və bəstəkar Dmitri Sitkovetski deyib.
Musiqiçi əlavə edib: “Mən əslən bakılıyam, amma uzun illərdir Londonda yaşayıram. Festivalın direktoru Fərhad Bədəlbəyli ilə çoxdan tanışıq. Mənim anam, məşhur pianoçu Bella Davidoviç onun müəllimi olub.
Burada özümü evimdəki kimi hiss edirəm. Artıq ikinci dəfədir ki, Qəbələdəyəm. Təbii ki, Bakını çox sevirəm. Mən buraya tez-tez gəlirəm. Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə ilə konsert planım var. Burada əla festival, gözəl ab-hava mövcuddur”.
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçirilən “Qış nağılı” festivalı 2009-cu ildən təşkil edilən ənənəvi Qəbələ Beynəlxalq Musiqi Festivalının davamıdır. Festivalın təntənəli açılışı fevralın 7-də olub və onun proqramı kifayət qədər zəngindir. Musiqisevərlər maraqlı konsert proqramlarından, Azərbaycanın və xarici ölkələrin tanınmış ifaçılarının çıxışlarından həzz ala biləcəklər. Festival çərçivəsində klassik musiqi ilə yanaşı, vokal və kamera musiqisi axşamları da keçiriləcək.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub