08 fevral 2025 20:33
86

Qazaxıstanda uşaqları daşıyan iki avtobus və yeddi minik maşını qar uçqunu altında qalıb

Qazaxıstanda yarışa gedən uşaqları daşıyan iki avtobus və yeddi minik maşını qar uçqunu altında qalıb.

İki sahil” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Kostanay rayonunun Amantoqay kəndindən 20 km aralıda, "Auliekol-Jholdama" regional magistralında baş verib.

Bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 11-i uşaq olmaqla 13 nəfəri avtobusdan Amantoqay kəndində ən yaxın isinmə məntəqəsinə təxliyyə ediblər.

Qeyd edilib ki, nazirlik içərisində 14 nəfərin olduğu 2 avtobus və 7 minik avtomobilinin yolun təmizlənmiş hissəsinə çəkilməsi işlərini davam etdirir.

FHN heç kimə tibbi yardım lazım olmadığı bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”