Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın İrana səfər edib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, Kalın paytaxt Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan ilə görüşüb.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələr, regional hadisələr və Suriyadakı son vəziyyət müzakirə edilib.
Tərəflər Türkiyə ilə İran arasında yaxın və qardaşlıq əlaqələrinin olduğunu vurğulayaraq, bir çox məsələlərdə ortaq perspektivlərə malik olduqlarını bəyan ediblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”