Münhendə (Bavariya federal əyaləti) 200 mindən çox insan sağçı partiyalara qarşı nümayişdə iştirak edir.
“İki sahil” xəbər verir ki, bu barədə "DPA" agentliyi Almaniya polisinə istinadən məlumat yayıb.
Bir çox fəal əllərində “İrqçilik və nifrət alternativ deyil” sözləri yazılmış lövhələr tutub. Bəzi iştirakçılar sağçı “Almaniya üçün Alternativ” partiyasına qadağa qoyulmasını istəyiblər. Bildirilib ki, nümayiş dinc şəraitdə keçirilir.