"Qalatasaray"la oyunda "Adana Dəmirspor" meydandan çəkilib
Türkiyə Superliqasının 23-cü turunda "Qalatasaray"la qarşılaşan "Adana Dəmirspor" 33-dəqiqədə meydanı tərk edib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, İstanbul təmsilçisinin hesabda öndə olduğu (1-0) qarşılaşmanın 30-cu dəqiqəsində Yusuf Barasinin zədələndiyi zaman "Adana Dəmirspor"un baş məşqçisi Mustafa Alper Avcı meydanda futbolçuları ilə danışdıqdan sonra Adana təmsilçisinin futbolçuları meydanı tərk ediblər.
Təxminən 25 dəqiqədən sonra matçın baş hakimi Oğuzhan Çakır müsabiqənin dayandırıldığını elan edib.
Qarşılaşma ilə bağlı Türkiyə Futbol Federasiyasının yaxın günlərdə qərar verəcəyi bildirilir.
"Adana Dəmirspor" futbolçularının hansı səbəbdən meydanı tərk etdikləri açıqlanmır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”