ABŞ Ədliyyə Nazirliyi FTB-nin Rusiya və Çinin informasiya təsirinə qarşı mübarizə bölməsini ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Qurumun fəaliyyəti Ədliyyə Nazirliyinin yeni rəhbəri və baş prokuror Pem Bondi tərəfindən imzalanmış direktiv əsasında dayandırılıb.
“Daha təcili prioritetlərin həlli üçün resursları sərbəst buraxmaq və prokurorların səlahiyyətlərindən sui-istifadə və silahdan istifadə risklərini aradan qaldırmaq üçün xarici təsir üzrə əməliyyat qrupu ləğv ediləcək”, – nazirin əmrində deyilib.
Bölmədə çalışan Ədliyyə Nazirliyi və FTB-nin keçmiş əməkdaşları Bondinin sərəncamından təəccübləniblər.
“İndi təsir göstərməyə çalışan xarici kəşfiyyat xidmətləri üçün hər şey açıqdır”, – FTB-nin əks-kəşfiyyat şöbəsinin keçmiş rəhbəri Frank Fiqliuççi bildirib.
Daha əvvəl ABŞ Ədliyyə Nazirliyi Rusiyanın xarici aktivlərinin aşkarlanması və həbsi, sanksiyalardan yayınma halları, həmçinin kölgə biznesinə Amerikada mülkiyyəti gizlətməyə kömək edən sxemlərin aşkarlanması ilə məşğul olan “KleptoCapture” qrupunu buraxıb.