10 fevral 2025 00:24
140

Ərdoğan: Qəzzalıları Qəzzadan çıxarmağa heç kimin gücü çatmaz

Qəzzalıları min illiklərdir əbədi və əzəli vətənlərindən çıxarmağa heç kimin gücü çatmaz.

İki sahil” xəbər verir ki, bunu Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfəri öncəsi Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında deyib.

Türkiyə prezidenti vurğulayıb ki, Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds də daxil olmaqla, Fələstin fələstinlilərindir: “Min illərdir mövcud olan Qəzza xalqını əbədi vətənindən çıxarmağa heç kimin gücü çatmaz. Bizim nəzərimizdə ABŞ-ın yeni administrasiyasının Qəzzə ilə bağlı irəli sürdüyü təkliflərin heç bir dəyəri yoxdur”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”