"İsrail Hərbi Hava Qüvvələri Suriya ərazisindən Livana uzanan və “Hizbullah”ın Biqa vadisində silah qaçaqmalçılığı üçün istifadə etdiyi yeraltı tunelə zərbə endirib".
“İki sahil” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, daha əvvəl tunelə hücum ediblər və onun bərpası və istifadəsinə mane olmaqda qərarlıdırlar: “Bundan başqa, İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah”ın bir neçə obyektinə - silah anbarına və raket buraxılış qurğularına zərbələr endirib”.
Məhərrəm Ağalaroğlu, “İki sahil”