10 fevral 2025 01:18
124

Ukrayna ordusunda “Dron xətti” yaradılır

“Ukrayna ordusunda “Dron xətti" adlı inqilabi layihəyə start verilir. Bu, Ukrayna briqadalarını köklü şəkildə gücləndirəcək”.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov “facebook” səhifəsində söyləyib.

“Bu, pilotsuz uçuş apratlarının döyüş əməliyyatlarının əsas elementinə çevrildiyi bir sistemdir. Həmçinin, müdafiəçilərimizə ən çətin tapşırıqları yerinə yetirməyə kömək edən yeni müharibə standartıdır. Biz diqqətimizi ən yaxşı PUA bölmələrinə yönəldirik. “Dron xətti” Quru Qoşunlarında və Dövlət Sərhəd Xidmətində pilotsuz uçuş sistemlərinin miqyasını genişləndirəcək”, - deyə nazir əlavə edib.

Umerov qeyd edib ki, birinci mərhələ beş əsas alay və briqadaları əhatə edir.

Nazirin sözlərinə görə, piyada və PUA-lar vahid zərbə sisteminə birləşdirilməklə hədəfləri rahat müəyyənləşdirəcək.

Nazir əlavə edib ki, bu, döyüş taktikasını kökündən dəyişəcək, Ukrayna əsgərlərinə həlledici üstünlük verəcək.