Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyaya rəsmi səfərə gedib.
“İki sahil” xəbər verir ki, dövlət başçısının təyyarəsi yerli vaxtla saat 23:20-də Atatürk Hava Limanından yola düşüb.
Ərdoğanı hava limanında İstanbul valisi Davud Gül və AK Partiya İstanbul Vilayət sədri Abdullah Özdemir yola salıblar.
Prezidenti xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, ticarət naziri Ömər Bolat, Türk Dövlətlər Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edib.
Prezident Ərdoğan dəvət əsasında 10-13 fevral tarixlərində Malayziya, İndoneziya və Pakistana səfər edəcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”