Türkiyədə jandarmanın FETÖ-yə qarşı son bir həftə ərzində 22 vilayətdə keçirdiyi "Kıskaç-38" əməliyyatlarında 45 şübhəli saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə saxili işlər naziri Əli Yerlikaya sosial media hesabında məlumat verib.
Qeyd edilib ki, şübhəlilərdən 24-ü həbs edilib, 8-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb. Digərləri ilə bağlı proses davam edir.
Nazir bildirib ki, əməliyyatlar Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığı Terrorla Mübarizə İdarəsi ilə koordinasiyalı olaraq; Vilayət Jandarma Komandirləri tərəfindən; Aksaray, Amasya, Antalya, Burdur, Bursa, Erzurum, İstanbul, İzmir, Kahramanmaraş, Karabük, Kırıkkale, Konya, Kütahya, Malatya, Manisa, Mardin, Mersin, Ordu, Sakarya, Samsun, Trabzon ve Yozgatda keçirilib.
Məlumata görə, əməliyyatlar zamanı saxlanılan şübhəlilər FETÖ terror təşkilatının mövcud strukturunda fəaliyyət göstərmək, təşkilat daxilindəki məsul şəxslərlə taksofon vasitəsilə əlaqə saxlamaq, FETÖ terror təşkilatını maliyyələşdirmək və sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaq ittihamı ilə axtarışda olublar.
22 ilde FETÖ'ye yönelik son 1 haftadır Jandarma tarafından devam eden “KISKAÇ-38” operasyonlarında; 45 şüpheli yakalandı.❗
— Ali Yerlikaya (@AliYerlikaya) February 10, 2025
Şüphelilerden;
⛔ 24'ü TUTUKLANDI.
⛔ 8'i hakkında adli kontrol kararı verildi. Diğerlerinin işlemleri devam ediyor.
️
Operasyonlarda yakalanan… pic.twitter.com/2RfSuAZg55
Məhərrəm Ağalaroğlu, “İki sahil”