“Boeing” şirkəti yanvarda müştərilərə 45 təyyarə təhvil verib.
“İki sahil” xəbər verir ki, bu, 2019-cu ildən indiyədək ən çox məhsulun təhvil verildiyi yanvar ayıdır. Ötən ay həm də “Boeing” şirkətində uzunmüddətli etiraz aksiyalarından sonra istehsal prosesinin tam bərpası ilə yadda qalıb. Təyyarələri təhvil alanlar arasında ABŞ və Çin şirkətləri üstünlük təşkil edir.
“Boeing” eyni zamanda hesabat dövründə 36 yeni sifariş qəbul edib. Sifarişlərin ləğvi qeydə alınmayıb. Lakin Hindistanda tələbat az olduğu üçün yerli istehsal xəttinin qurulması planı ləğv edilib.