12 fevral 2025 12:01
107

DSMF: Yanvarda 16 min 391 elektron arayış alınıb

2025-ci ilin yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 16 min 391 elektron arayış alınıb.

Fondun mətbuat xidmətindən "İki sahil"ə bildirilib ki, bu arayışların 4 min 546-sı pensiya, 6 min 924-ü müavinət və təqaüd, 2 min 951-i fərdi şəxsi hesab, 840-ı ünvanlı dövlət sosial yardımı, 5-i torpaq pay mülkiyyətçisi, 10-u şəhid ailəsi üzvü, 188-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 392-si sağlamlıq imkanları məhdud olan uşaqlar, 535-i əlilliyi olan şəxslərə qulluq ilə bağlı olub.