Avropanın yeraltı qaz anbarlarında ehtiyatlar demək olar ki, 47%-ə düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS “Gas Infrastructure Europe” şirkətinin məlumatlarına istinadla məlumat yayıb.
Fevralın 11-də Aİ ölkələrində yeraltı qaz anbarlarından qaz hasilatı 735 milyon kubmetr təşkil edib.
İstilik mövsümü başlayandan Avropa İttifaqı qaz anbarlarından 56 milyard kubmetrdən çox qaz çıxarıb. Bu rəqəm payız-qış dövrü üçün onlara vurulan həcmdən artıqdır.
Bundan əvvəl məlum olub ki, Avropa Komissiyası Aİ-də qazın qiymətini müvəqqəti məhdudlaşdırmaq imkanını nəzərdən keçirir.