Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə 19 fevral 2025-ci il tarixində “Milli-mənəvi dəyərlərimiz Qərbi Azərbaycan qaynaqlarında” mövzusunda elmi-praktiki seminar keçiriləcək.
“İki sahil” xəbər verir ki, beynəlxalq Muğam Mərkəzində təşkili nəzərdə tutulan seminarın əsas məqsədi Qərbi Azərbaycanda folklor yaradıcılığı, musiqi və ifaçılıq sənəti, mətbəximiz və bu kimi milli dəyərləri özündə əks etdirən mövzuların işıqlandırılması və gənc nəslə ötürülməsidir.
Elmi seminarda mövzu ətrafında mütəxəssislərin çıxışı və musiqi proqramı nəzərdə tutulub.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub