14 fevral 2025 11:42
102

İsmət Səttarov: Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var

Televiziyalarda işarət dilinin tətbiqi ilə bağlı konkret planlar var.

“İki sahil” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarovun fevralın 14-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu məsələ beynəlxalq təcrübədə daha çox tətbiq olunur:

“Bu ildən dövlət qurumları ilə müzakirə edəcəyik ki, qanuna dövlət kanallarının xəbər proqramlarına surdotərcümə tətbiq edilməsi əlavə edilsin. Əgər qanun qəbul edilsə, dövlətdən maliyyələşən kanallarda istifadəsi vacib olacaq”.