14 fevral 2025 11:52
103

Cizgi filmi serialının yerli istehsalı yoxdur - İsmət Səttarov

Azərbaycanda cizgi filmi serialının yerli istehsalı yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov fevralın 14-də keçirdiyi brifinqdə deyib.

O bildirib ki, belə cizgi filmlərinin çəkilməsinə peşəkar komanda və yüksək maliyyə lazımdır.

“Bu, televiziyaların işi deyil, müstəqil prodakşınların istiqamətidir. Ümid edirik, gələcəkdə bizdə də bu təcrübə olacaq”, - Şura sədri vurğulayıb.