14 fevral 2025 12:12
104

İşgaldan azad olunmuş ərazilərdə yeni televiziya kanalları yaradılmasına ehtiyac yoxdur - SƏDR

İşgaldan azad olunmuş ərazilərdə yeni televiziya kanalları yaradılmasına xüsusi ehtiyac yoxdur.

“İki sahil” xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilər bütöv Azərbaycanın bir hissəsi olduğu üçün hələ ki, bu ərazilərdə yeni bir kanalın yaradılması planı, ehtiyacı yoxdur.