14 fevral 2025 20:10
125

Starmer və Tramp arasında telefon danışığı olub

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Dauninq-stritin məlumatında bildirilib.

"Baş nazir dünən axşam Dauninq-stritdə Prezident Trampın Böyük Britaniyadakı xüsusi elçisi Mark Bernetti qəbul etməkdən məmnun olub. Qəbul zamanı Starmer Prezident Trampın zəngini qəbul edərək ABŞ-yə qarşıdakı səfərini müzakirə edib", - məlumatda qeyd olunub.

Starmerin Vaşinqtona planlaşdırılan səfərinin dəqiq tarixləri açıqlanmır.