15 fevral 2025 08:21
111

"OpenAI" direktorlar şurası şirkəti Maska satmaqdan imtina edib

"OpenAI" texnologiya korporasiyasının direktorlar şurası ABŞ hökumətinin Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Maskın qeyri-kommersiya təşkilatını almaq təklifini rədd edib.

“İki sahil” xəbər verir ki, bu barədə "OpenAI" şirkəti "X" sosial şəbəkəsində bildirib.

"OpenAI satılmır və direktorlar şurası Maskın rəqabətə zərbə vurmaq cəhdini yekdilliklə rədd edib. OpenAI-nin hər hansı potensial yenidən təşkili qeyri-kommersiya müəssisəmizi və bütün bəşəriyyətin süni ümumi intellektdən faydalanmasını təmin etmək üçün missiyamızı gücləndirəcək", - deyə qeyd olunub.