15 fevral 2025 13:42
148

ADY: Mingəçevirdə qatarla maşın toqquşmayıb

Dünən Mingəçevirdə qatar maşınla toqquşmayıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Məlumatda deyilir ki, dünən Mingəçevirdə gecə saatlarında "Kia Sorento" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil dəmiryol xəttinin orta hissəsinə düşüb: “Həmin vaxt qeyd edilən ərazidə qatar hərəkətdə olmayıb”.