15 fevral 2025 21:48
205

Bakı – Quba yolunda ağır qəza olub

Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, qəza yolun Xızı rayonundan keçən hissəsində qeydə alınıb.

2 maşının toqquşması nəticəsində 4 Pakistan vətəndaşı xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.