Misli Premyer Liqasının 23-cü turunun açılış oyununda “Sumqayıt” “Zirə”ni qəbul edib.
“İki sahil”in məlumatına görə, yarışın 14-cü dəqiqədə Rafael Utziq hesabı açıb.
36-cı dəqiqədə “Zirə”nin üstünlüyünü artıran Salifu Souma və 65-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vuraraq oyunda son nöqtəniqoyub – 0-3.
Bu nəticə ilə də “qartallar” Sumqayıtda qələbəni təmin ediblər.
Misli Premyer Liqası
23-cü tur
15 fevral
19:00. “Sumqayıt” 0-3 “Zirə”
Qollar: Rafael Utziq, 14, Salifu Souma, 36, 65
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”