18 fevral 2025 17:25
172

İtaliya klubunda baş məşqçi ayrılığı

"Parma" baş məşqçi Fabio Peçkianı istefaya göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

A seriyası təmsilçisi 51 yaşlı mütəxəssislə yolların ayrıldığını açıqlayıb.

Pekkia 2022-ci ilin yayından "Parma"ya baş məşqçilik edirdi. O, ötən il komanda ilə B seriyasının qalibi olub və “Parma”nı  A seriyasına qaytarıb.

Cari mövsümdə isə "Parma" uğursuz çıxış edir. Komanda hazırda turnir cədvəlində 20 xalla 18-cidir.