"Real"ın braziliyalı futbolçusu Vinisius Junior klub sahibi olub.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, o, bir qrup investorlarla birgə Portuqaliyanın 2-ci liqasında mübarizə aparan "Alverka" klubunun səhmlərinin 70-80 faizini alıb.
Qeyd edək ki, "Alverka" turnir cədvəlində ikinci sırada qərarlaşıb. Komanda əsasən braziliyalılardan təşkil edilib. Hazırda heyətdə 15 Braziliya əsilli futbolçu çıxış edir.