“Otuz iki ildən sonra doğma torpaqlara qayıdırıq. Babalarımızın, nənələrimizin qəbirləri oradadır, gedəndən sonra ziyarət edəcəyik”.
“İki sahil” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında doğma yurduna qayıdan Cəbrayıl sakini Ramiz Teymurov söyləyib.
O, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkür edib.
“Allah torpaqlarımızı uzun həsrətdən sonra işğaldan azad edən Azərbaycan Ordusuna cansağlığı versin, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət eləsin”, - deyə keçmiş məcburi köçkün əlavə edib.