Əcnəbi uşaqların məktəbə qəbul zamanı rus dilini bilmələrini yoxlamaq üçün testlər martın ortalarına qədər hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Rosobrnadzor”un rəis müavini İqor Kruqlinskiyə istinadla "Kommersant" məlumat yayıb.
2-11-ci siniflərə daxil olanlar üçün tapşırıqlar “Dinləmə”, “Danışma”, “Oxuma”, “Yazma”, “Lüğət” və “Qrammatika” bölmələrinə bölünəcək. Qurum rəsmisi birinci sinfə daxil olanlar üçün imtahanın necə keçiriləcəyi barədə məlumat verməyib.
Test beş ballıq sistemlə qiymətləndiriləcək. Hər bir bölmə ayrıca qiymətləndiriləcək, lakin qiymət təyin edilərkən, diqqət testin kommunikativ hissəsinə, yəni "Danışma" və "Dinləmə" bölmələrinin nəticəclərinə yönəldiləcək.
Miqrant uşaqların rus dilini bilmək üçün məcburi sınaqdan keçirilməsi haqqında qanun 2025-ci il aprelin 1-dən qüvvəyə minəcək. Test proseduru bu ölkənin Təhsil Nazirliyi tərəfindən, qiymətləndirmə meyarları isə "Rosobrnadzor" tərəfindən müəyyən edilir.