20 fevral 2025 09:03
355

Hindistan XİN rəhbəri Lavrov və Vanq Yi ilə görüşməyi planlaşdırır

Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar Cənubi Afrikada keçirilən G20 xarici işlər nazirlərinin toplantısı çərçivəsində rus və çinli həmkarları Sergey Lavrov və Vanq Yi ilə ikitərəfli görüşlər keçirəcək.

İki sahil” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən “Times of India” məlumat yayıb.

Qeyd edilib ki, görüş görüşlərin təşkili nazirlərin iş qrafikindən asılıdır.

Məlumata görə, G20 ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşü fevralın 20-də Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda başlayacaq. Bu il Cənubi Afrika G20-yə sədrliyi Braziliyadan götürür. Afrika qitəsində ilk dəfədir ki, G20 tədbiri keçiriləcək.

Məhərrəm Ağalaroğlu, “İki sahil”