20 fevral 2025 09:51
147

Starmer və Makron yaxın vaxtlarda Vaşinqtona səfər edəcəklər

Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda ABŞ-yə səfər edəcəklər.

“İki sahil” "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib.

"Böyük Britaniyanın Baş naziri Kir Starmer tezliklə gələcək. Bəlkə də bazar ertəsi", - D.Tramp Britaniya Baş nazirinin səfər tarixi ilə bağlı suala cavabında bildirib.

ABŞ Prezidenti əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron da yaxın vaxtlarda ABŞ-yə səfər edəcək.