Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva məşhur “Mən bu eşqə düşəni” mahnısına yeni nəfəs verib.
“İki sahil” xəbər verir ki, pop ulduz sözügedən mahnı üçün klip də çəkdirib. Ekran işi və mahnı qısa zaman kəsiyində böyük rəğbət qazanıb. Tam fərqli janrda səslənən mahnıya estrada ulduzu daha bir fərqlilik gətirib.
Xalq artisti bununla bağlı fikirlərini bölüşüb: “İllərdir bu mahnı bizim yaddaşımızdadır. Şəxsən mənim də çox sevdiyim mahnılardan biridir. Məktəb illərimdən eşidib sevmişdim bu mahnını. Bildiyiniz kimi, bu mahnı Türkiyədən bizə gəlib. Onu bəstəkar Suat Sayın yazıb. Bizə bu nəğməni sevdirən dahi sənətkar, xanəndə Hacıbaba Hüseynov olub. Düzdür, bu nəğməni bir çox sənətçilər ifa ediblər, amma mənim versiyam tam fərqli oldu. Məndə arabesk, ritmik rəqs ab-havasına deyil, daha çox dramatik, lirik notlara toxunulub. Hesab edirəm ki, yanaşmam bu mahnıya çox yaraşıb. Ümumiyyətlə belə dillərəzbərinə çevrilən mahnıları yenidən işlənilməsi, məni daim çox həyəcanlandırıb. Peşəkar yanaşma bu cür əsərlərin ömrünü uzadır, yeni nəsillərə nümunə olur, bundan gözəl nə ola bilər? Bu işim, mənim, bir bəstəkar, Xalq artisti kimi zəngin Azərbaycan musiqi xəzinəmizə bir hədiyyəm olsun”.
Qeyd edək ki, sözügedən mahnıya çəkilən klip Xalq artisti Tünzalə Ağayevanın şəxsi “Youtube” kanalında yerləşdirilib.
7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində turizmə həsr olunan panel sessiya keçirilib
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub